Yol polisinin rüşvət alması görüntülərinə RƏSMİ AÇIQLAMA

Yol polisinin rüşvət alması görüntülərinə RƏSMİ AÇIQLAMA
Video 2350

“Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan olunan iddilar əsassızdır”.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil “Yol Hərəkəti haqqında” qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb.

Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.

Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hər hansı qanunsuzluq faktı aşkarlanmayıb.

Son xəbərlər