Yeni doğulmuş uşaqlar üçün İNANILMAZ HƏDİYYƏ (VİDEO)

27
fev
2018
17:21
Bu ildən Moskvada analar yenidoğulmuş uşaq üçün hökumətdən verilmiş lazımlı ləvazımatlar alır. BAKU.WS-in məlumatına görə, yenidoğulmuş uşaqlar üçün dövlət ailələrə qutu göndərir. Qutuda uşağa lazım olan 44 əşya olur. Sosial şəbəkədə ailələrdən biri qutunu açaraq videoda olan əşyaları paylaşıb. Bu ildən Rusiyada uşaq pulu verilməsinin qaydaları dəyişib. Rusiya prezidenti Vladimir Putin demoqrafik siyasətlə bağlı yeni qaydaları təsdiq edib. Vladimir Putinin göstərişi ilə 2018-ci il yanvarın 1-dən hər yeni doğulan körpə bir il yarım müddətində aylıq müavinət alacaq. Orta hesabla bu, 10,5 min rubl təşkil edir. Prezident əlavə edib ki, 3 il ərzində bu dövlətə 114,5 milyard rubl vəsait bahasına başa gələcək. Qeyd edək ki, Rusiya yeni doğulan uşaqlara, hətta ikinci doğulan uşaqlara da əlavə 250 min rubla yaxın vəsait xərcləyirdi. Ancaq bu vəsait birbaşa pul şəklində yox, həmin ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına və uşağın təhsil xərclərinə yönləndirilirdi. İndi aylıq müavinətin də tətbiq edilməsi yeni doğulan körpə valideynlərinə maddi baxımdan rahatlıq gətirəcək. Tuncay BAKU.WS

Oxşar xəbərlər
Ötən il uşaqlara qoyulmuş ən populyar ADLAR - İlk “10-luq”
2017-ci il ərzində Azərbaycanda yeni doğulan uşaqlara qoyulan oğlan adları arasında üstünlük Yusifə, qız adları sırasında isə üstünlük Zəhraya məxsus olub.BAKU....