Putindən rublun xilası üçün 18 milyard dollarlıq həmlə

Putindən rublun xilası üçün 18 milyard dollarlıq həmlə
İqtisadiyyat 1746

 

Rusiyada dövlət layihələrini dəstəkləyən "Vneşekonombank" (VEB) Qərbin sanksiyalarından sonra çətin vəziyyətə düşüb.

 

BAKU.WS-in məlumatına görə, bankın xilas olması üçün 18 milyard dollarlıq vəsait lazımdır. Soçi olimpiadasından tutmuş sahibkarlığın inkişafına qədər bütün özəl dövlət layihələrini maliyyələşdirmiş VEB illərdir Rusiya tərəfindən istifadə edilirdi. Ancaq, hazırki maliyyə vəziyyəti bankı iflasa sürükləyir. Bankın borclarının silinməsi üçün xilasetmə paketi hazırlanır.

Rusiya prezidenti Vladimir Putin VEB-i Rusiyada kapitalizmin maliyyə gücü olaraq istifadə etmək istəyirdi. VEB-in arxasındakı dövlət qərb ölkələrindən ucuza borclanaraq, vəsaiti Kremlin maliyyyələşdirdiyi layihələrə yönləndirməyə çalışırdı. Ötən il Qərbin sanksiyalarından ciddi zərər görən VEB kredit verməyi dayandırdı.

Rusiya Hökuməti bankın xilas edilməsi üçün 1.3 trilyon rubl (18 milyard dollar) lazım olduğunu bildirib. Ancaq ucuzlaşan neft qiymətləri dövlətin bu əməliyyatı həyata keçirməsini çətinləşdirir. Ancaq dövlət ölkənin ən böyük banklarından birini xilas etməklə iqtisadiyyata təkan verməyə çalışır. Dövlətin bu addımı son günlər sürətlə ucuzlaşan rublu bir növ xilas etməyə yönəlmiş addımdır.    

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Mərkəzi Bankdan dollarla krediti olanlara pis xəbər

Mərkəzi Bankdan dollarla krediti olanlara pis xəbər

Azərbaycan Mərkəzi Bankı "Naxçıvanbank” ASC-nin dollarla borcu olanlara etdiyi güzəştin bütün banklarda tətbiq oluna biləcəyinin mümkünsüzlüyünü bildirib. BAK...

7849 İqtisadiyyat 09:28 29 dekabr 2015

Son xəbərlər