Xətaidə ağacları kəsib, obyekt tikirlər? - VİDEO - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri Xətai rayonu, Yusif Səfərov 12 ünvanında yaşayış binasının qarşısında obyekt tikilir.
Bu barədə həmin ərazidə yaşayan sakinlər şikayət ediblər. Onlar bildiriblər ki, 2017-ci ildə ərazidə şam ağacları kəsilib:
“Kəsilən ağacların yerinə yenidən ağaclar əkib, obyekt tikilməsinin qarşısını ala bildik. Ağaclar bitib, böyüyür, indi yenə gəlib kəsib obyekt tikmək istəyirlər”.
Qeyd edilib ki, artıq əraziyə tikinti materialı tökülüb.
BAKU.WS-in məlumatına görə, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Xətai rayonu, Yusif Səfərov 12 ünvanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilib:
“Həmin şəxs də ona aid olan ərazini hasara almağa cəhd edib. Sakinlərin narazılığı olduğu üçün bu işlər dayandırıldı və tam nəzarətimizdədir”.
Oxşar xəbərlər
"Paxlava" çay evi və "Kolorit" kafesi cərimələnib - TAM SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş...