Xəstəxanasız qalan Liman şəhəri - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Liman şəhərində Ailə Sağlamlıq Mərkəzinin yerləşdiyi bina 15 mindən artıq sakinə xidmət edir.
Bu bina keçən əsrin əvvəllərində dənizçilər üçün tikilib. Bir əsr keçəndən sonra bina qəzalı vəziyyətə düşüb. Yerdən ilan və siçanlar çıxır, göydən qurdlar tökülür. Pəncərələrin şüşələri sınıqdır, soyuqda içəri buz bağlayır, istidə isə pəncərələri mismarla bərkidildiyinə görə açmaq olmur.
Əhalinin yardım üçün üz tutduğu səhiyyə ocağının özünün yardıma ehtiyacı var. Acınacaqlı şəraitdə çalışan 40 nəfər işçi xəstələrə öz imkanları daxilində kömək etməyə çalışır.
Belə bir şəraitsiz vəziyyətdə uzun illərdir doğuş şöbəsi fəaliyyət göstərmir. Xəstəxanadan yalnız peyvəndləmə işləri və ilkin yardım üçün istifadə edilir.
Bəs görəsən, sakinlərin haqlı narazılığına səbəb olan məsələ nə zaman həllini tapacaq?
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...