Xankəndidən gedən erməni: "Bir daha geri qayıtmayacağam" - VİDEO

Xankəndidən gedən erməni: Bir daha geri qayıtmayacağam - VİDEO
Video
Video 5

"İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Xankəndidən Yerevana gedirəm və bir daha geri qayıtmaq fikrim yoxdur".

BAKU.WS xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Seyran Aqambekyan deyib.

O, İkinci Qarabağ müharibəsində qardaşını itirdiyini bildirib: "Mən üç il bundan əvvəl Qarabağda hərbi xidmətdə olmuşam. Daha doğrusu, Martunidə (Xocavənd - red.). İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Döyüşlərdə yaralanmamışam. Lakin ailə üzvlərimdən qardaşım döyüşlərdə həlak olub. Valideynlərim hələ ki Xankəndidədir. Lakin özüm Yerevana gedirəm. Çox güman, bir daha geri qayıtmayacağam".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər