Xankəndi yolundakı aksiyada son vəziyyət - YENİLƏNİB - CANLI YAYIM
Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Report-un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
Rusiya sülhməramlılarına məxsus 3 ədəd təminat yükü daşıyan maşın Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru aksiyanın olduğu yerdən sərbəst keçid edib. Aksiya iştirakçıları buna tam şərait yaradıblar. Bu, bir daha onu göstərir ki, yolu məhz Rusiya sülhməramlıları bağlayıb.
***10:14
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 6 gündür davam edir.
BAKU.WS xəbər verir ki, aksiya yerində aktivistlərin təhlükəsizliyini qoruyan Daxili Qoşunların Xüsusi Təyinatlıları əraziyə gələrək bir-birlərini əvəzləyiblər.
Aksiya iştirakçıları hərbçiləri “Ən böyük əsgər - bizim əsgər!” şüarı və alqışlarla qarşılayıblar.
*** 09:10
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
BAKU.WS xəbər verir ki, aksiyanın altıncı günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.
Ötən gecə hava yağmurlu keçdiyindən əraziyə əlavə olaraq 2 çadır da gətirilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Oxşar xəbərlər
Şuşa-Xankəndi yolunda yeni çadırlar qurulur - VİDEO
Şuşa-Xankəndi yolunda aksiya keçirənlər üçün yeni çadırlar qurulur. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keç...