Xalq artisti 55 il sonra HƏMİN HƏYƏTDƏ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Şeyx Əbdül (Əbdül Mahmudov) "Bizim Cəbiş müəllim" filminin çəkildiyi həyətdə olub.
BAKU.WS xəbər verir ki, bu barədə İTV-də yayımlanan "Ordan-burdan" rubrikasında görüntülər nümayiş olunub.
Filmdə rol alan Şeyx Əbdül 55 il sonra yenidən eyni həyətə gələrək nostalji hislər yaşayıb, ekran işi ilə bağlı xatirələrindən danışıb.
Aktyor qeyd edib ki, o üç filmə görə bu həyətdə gedən çəkilişlərdə iştirak edib. Bunlar "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Gecə qatarında qətl" filməridir.
Xatırladaq ki, "Bizim Cəbiş müəllim" filmi 1969-cu ildə Həsən Seyidbəyli tərəfindən ekranlaşdırılıb.
Süjet xəttində hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Əsas rollarda Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev və Aqil Ağacanov çəkiliblər.
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...