Vətəndaşların NƏZƏRİNƏ: Avtomobil alarkən aldana bilərsiniz - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ictimaiyyətə təqdim olunan videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir.
Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun olaraq notarial qaydada etsinlər.
Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan üçüncü şəxslərə hər hansı ödəniş etməməklə bağlı məlumat verilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...