Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır - VİDEO

Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır - VİDEO
Video
Video 156

Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin ailəsinin yaşadığı ev yararsız vəziyyətdədir. Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlanılıb.

Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid ailələri və müharibə əlillərinin fərdi ev və ya mənzillə təminatı prosesi sürətlə davam edir:

“Prezidentin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və müharibə əlillərinin mənzillə təminatı işləri aparılır.

Vətən müharibəsi şəhidi Şamxal Əlizadənin atası Əvəz Əliyev də mənzillə təmin olunmaq üçün 20.04.2021 tarixində Gədəbəy rayonu üzrə qeydiyyata alınıb. Bu barədə yerli icra hakimiyyəti orqanından Sosial Xidmətlər Agentliyinə daxil olan 26.04.21 tarixli məlumatda qeyd olunub”.

Qurumdan bildirilib ki, Ə.Əliyevin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər