Uşağa görə verilən 200 manat pulu necə almaq olar? - VİDEO
28
may
2019
08:24
Uşağın anadan olmasına görə birdəfəlik müavinət almaq üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaifə Fonudunun müvafiq idarəsinə müraciət etməlidir.Paytaxtın Yasamal və Səbail rayonlarında yaşayan vətəndaşlar isə bunun üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə müraciət edə bilərlər.DOST mərkəzinin məsləhətçisi Kamran Abdullayev müavinət almaq üçün tələb olunan sənədləri açıqlayıb.Əgər yeni doğulan körpənin valideynlərindən biri işləyərsə, onda həmin şəxs müavinəti almaq üçün işlədiyi yerə, yəni, işəgötürənə müraciət etməlidir. İşəgötürən isə onlayn şəkildə məlumatları dövlət qurumuna təqdim etməlidir.Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub. Yeni qayda aprel ayından qüvvəyə minib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Sosial müavinət və təqaüdlər bu aydan artımla veriləcək - VİDEO
Prezident İlham Əliyevin ötən gün imzladığı sərəncam və fərmanlarla ölkəmizdə 9 növ sosial müavinətin, 2 növ təqaüdün məbləği artırılıb və eyni zamanda, sosial...