Uşaqpulunun verilməsilə bağlı YENİLİK

Uşaqpulunun verilməsilə bağlı YENİLİK
İqtisadiyyat 1406

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, heç bir yerə müraciət olunmadan və sənəd təqdim etmədən müavinət təyin olunacaq.Hazırda nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan “Sosial müavinət” altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək.Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.“Sosial müavinət” altsistemi aidiyyəti qurumların informasiya sistemlərinə inteqrasiya olunmaqla fəaliyyət göstərəcək.Yeni doğulan uşaqla bağlı məlumat aidiyyəti qurumun informasiya sistemindən əldə olunaraq elektron qaydada birdəfəlik müavinətin təyin olunması və bu barədə həmin ailəyə rəsmi məlumatın göndərilməsi təmin ediləcək.BAKU.WS

Son xəbərlər