Bakıda hansı rayonlarda “DOST” olacaq?
22
fev
2019
11:17
Bu il Bakının Yasamal, Binəqədi, Nizami və Xəzər rayonlarında “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənilir.Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq.Onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq.Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir.BAKU.WSOxşar xəbərlər
Nazirlikdə iki aparıcıya vəzifə verildi - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni təyinatlar olub. BAKU.WS-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı so...