Ülviyyədən Murada: "Çətin xarakterli adamdır, məni dəyişməyə çalışır" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Murad İsmayılla həyat yoldaşı aktrisa Ülviyyə Xəlilbəyli arasında gərginlik yaşanıb.
BAKU.WS xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qonaq olan cütlüyün sözü bir-birinin boğazından keçməyib.
Belə ki, aparıcı Zaur Baxşəliyev Ülviyyəyə, "Həyatdakı, yoxsa səhnədəki Muradı çox sevirsən?", - sualını ünvanlayıb.
Bundan sonra Murad, "Həyatdakını sevir ki? Ülviyyədən səsimə qarşı sevgi görməmişəm. Məni dəyişməyə çalışır", - sözlərini söyləyib. Muradın bu sözləri Ülviyyənin boğazından keçməyib.
O, Murada, "Dəyişmək yaxşı şey deyilsə, sən niyə məni dəyişdirməyə çalışırsan? Ola bilər ki, bəzi məqamlarda ailəmin xatirinə nəyisə dəyişmişəm, amma daxilimdə bunula barışa bilməmişəm", - sözləri ilə qarşılıq verib.
Gərginliyin daha da artdığını görən Murad söhbəti zarafat salaraq, "Burada deyişmə gedir", - sözlərini söyləyib.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...