UEFA Millətlər Liqası: Polşa Uelsi məğlub etdi

01
iyn
2022
22:20
UEFA Millətlər Liqasında 2022/2023 mövsümünə start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, I turun ilk oyun günündə bir qarşılaşma oynanılıb.
A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
52-ci dəqiqədə Uelsin futbolçusu Conatan Uilyams hesabı açıb. 72-ci dəqiqədə Yakub Kaminski tarazlığı bərpa edib. 85-ci dəqiqədə Karol Sviderski Polşaya qələbə qazandıran qola imza atıb.
Oxşar xəbərlər
“Neftçi”dən əzmkar qələbə - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib. BAKU.WS “report”a istinadən xəbər verir ki, “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qə...
