Üçtərəfli görüşdə liderlər hansı məsələləri müzakirə edəcəklər? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı şurasının rəhbəri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
BAKU.WS baku tv-ə istinadən xəbər verir ki, Avropanın təşkilatçılığı ilə növbəti üçtərəfli görüş Brüsseldə baş tutacaq.
Prezidentin köməkçisi Hikmət Hacıyev ötən həftə Şuşada jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Aİ şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə Brüsselə keçirilib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...