Türkiyəyə yardım apararkən fotosu çəkilən Sərvər qardaş ölkəyə gedəcək - VİDEO
Bakıda Türkiyə üçün təşkil olunan yardım məntəqələrinə köhnə maşını ilə yorğan-döşək aparan paytaxt sakini Sərvər Bəşirlidən yeni xəbər var.
BAKU.WS xəbər verir ki, o yaxın günlərdə Türkiyəyə yola düşəcək. Bununla da Sərvər Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrdə yardımların paylanılmasına köməklik göstərəcək.
Bu barədə Türkiyə mətbuatında məlumatlar yer alıb.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan fotoda Türkiyəyə yardım əlini uzadan Sərvər Bəşirli öz köhnə, qırmızı rəngli maşını ilə çağırış məntəqəsinə yorğan-döşək və isti geyimlər daşıyırdı. Onun fotosu Azərbaycanda və Türkiyədə xəbər manşetlərində dərc edildi.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bir fotosu ilə məşhurlaşan Sərvər Türkiyəyə gedir - VİDEO
Bakıda Türkiyə üçün təşkil olunan yardım məntəqələrinə köhnə maşını ilə yorğan-döşək aparan paytaxt sakini Sərvər Bəşirlidən yeni xəbər var. BAKU.WS xəbər verir...