Türkiyəyə humanitar yardım aparmış vasitələrin növbəti hissəsi Bakıya qayıdır - FOTO/VİDEO

Türkiyəyə humanitar yardım aparmış vasitələrin növbəti hissəsi Bakıya qayıdır - FOTO/VİDEO
Foto Video
Video 56

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ikinci avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Tərkibinə 7 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər