Türkiyəli bloger İrəvanda "Bozqurd" işarəsi göstərdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə türkiyəli blogerlərdən birinin görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, video Ermənistanın paytaxtında lentə alınıb. Türkiyəli bloger Berkay Türkmen İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinin qarşısında çəkilən videosunu yayımlayıb.
O, sözügedən abidənin önündə "Bozqurd" işarəsi göstərib.
Blogerin bu görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub. İstifadəçilər Berkayın cəsarətli addımını yüksək qiymətləndirərək rəğbətlə qarşılayıblar.
Ermənilər onu blogeri tapana pul mükafatı vəd ediblər.
Məlumat üçün bildirək ki, “Bozqurd” işarəsi, salamlaşması (çeçələ barmaqlarının irəli uzadılması və iki orta barmağın baş barmaqla uc-uca gəlməsi) türkçülüyün, turançılığın simvolu hesab edilir.
Bu işarə son zamanlar hərbçilərimiz arasında da xeyli yayılıb. Şəhid gizirimiz Xudayar Yusifzadədən tutmuş qazi polkovniklərə qədər bu işarəni göstərdiklərinin şahidi olduq.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...