Türkiyədə səsvermə başladı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə tarixində yeddinci referandumda səsvermə prosesi 32 rayonda yerli saatla 07:00 etibarı ilə başlayıb.
BAKU.WS-in məlumatına görə, Prezident Hökumət Sisteminə keçidi nəzərdə tutan 18 maddəlik konstitusiya dəyişikliyi üçün 55 milyon 319 min 222 seçici, ölkə daxilində 167 min 140 sandıqda səs verəcək. Saat 07:00-da səsvermə prosesi başladığı rayonlarda sandıqlar saat 16:00-da, saat 08:00-da səsvermə prosesinin başladığı rayonlarda isə saat 17:00-da bağlanacaq.
Səsvermənin başladığı bölgələrdən gələn xəbərlərə görə çox sayda seçici sandıq başına gəlib.
Seçkilərin olaysız keçməsi üçün bütün ölkədə geniş təhlükəsizlik tədbirləri görülüb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənistanda seçki məntəqəsində dava (VİDEO)
Ermənistanda 13/18 saylı seçki məntəqəsində dava olub. Trend-in məlumatına görə, səsvermə zamanı müşahidəçi ilə seçici arasında dava baş verib. Qeyd edək ki,...