Türk gəncin İrəvanda çəkdiyi video erməniləri dəli etdi

Türkiyəli gəncin İrəvandan çəkdiyi video Ermənistanda sürətlə yayılaraq, geniş rezonans doğurub.
Gənc şəhərin mərkəzindən canlı yayım açaraq, Azərbaycanın qədim torpağı İrəvandan bütün Türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib və "yeraz"lara xüsusi salam göndərib.
Daha sonra gənc çıxışını məşhur "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa etməklə davam etdirib və əl işarəsi ilə boz qurd simvolunu göstərib.
Bütün bunlar Ermənistanda isterik reaksiyalara səbəb olub. Bəzi erməni sosial media istifadəçiləri "İrəvanda necə belə bir şey baş verə bilər?" sualını qaldırıblar.
Sosial mediada yayılan xəbərlərə görə, Ermənistanın hüquq-mühafizə orqanları sözügedən gəncin kimliyini müəyyənləşdirmək üçün hərəkətə keçiblər.
Bu hadisə Ermənistanda ciddi narahatlıq doğurmaqla yanaşı, bir daha İrəvanın tarixi kimliyinin müzakirə olunmasına səbəb olub.
Azərbaycanlılar isə sosial şəbəkələrdə videonu geniş yayaraq gəncin cəsarətini alqışlayıblar. Qeyd edək ki, bundan əvvəl də türkiyəli bir gənc Azərbaycan ləhcəsi ilə İrəvanın mərkəzindən Türk dünyasına mesaj göndərmişdi.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda yaşayış evini dağıdan tikinti şirkətinin nümayəndəsi AÇIQLAMA VERDİ
Bakı şəhərinin Yasamal rayonunun Alatava ərazisində Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında sakinlər içəridə ola-ola "Melissa Group" adlı tikinti şirkəti tə...
