Türk atletlər Bakıda belə əyləndilər - VİDEO

Türk atletlər Bakıda belə əyləndilər - VİDEO
Video
Video 317

Ötən gün Bakıya gələn türkiyəli atletlər paytaxt restoranlarından birində əyləniblər.

BAKU.WS xəbər verir ki, məkanların birindən görüntülənən idmançılar "Yaşa Azərbaycan" mahnısının sədaları altında xeyli rəqs ediblər.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türk atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun bir neçə gün Bakıda səfərdə olacaqlar.

Onlar Bakıya Prezident İlham Əliyevin dəvəti ilə gəliblər. İdmançılar İrəvandakı yarışda qazandıqları medalları Azərbaycana həsr ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər