Sürücülərin DİQQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır! – VİDEO

Sürücülərin DİQQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır! – VİDEO
Video
Video 4021
ARB TV-nin “Günə doğru” verilişində benzini qarışdırıb-qarışdırmamaq haqda sujet efirə gedib.Bəzən avtomobil alan sürücülər onun texniki göstəricilərinə deyil, istehsal olunduğu ilə daha çox önəm verir. Məlum olduğu kimi istehsal ili yeni olan avtomabillərin əksəriyyəti “Aİ 92” ilə müqayisədə baha olan “Aİ 95” və ya premium oktanlı benzin ilə işləyir. İlk vaxtlar bəzi sürücülər bu məqama diqqət etsələr də sonradan büdclərinə qənaət etmək məqsədi ilə avtomabilə “Aİ 92” və “Aİ 95” oktanlı benzinləri qarışırdıraraq tökür. Bunun la sürücülər kompromis əldə etməyə çalışır.Elə sürücülər də var ki, mühərriki təmizləmək məqsədi ilə müxtəlif növlü yanacaqları qarışdırır. Misal üçün “Aİ 92” ilə çalışan nəqliyyat vasitəsinə “Aİ 95” markalı benzin tökür və mühərrikin təmizlənəcəyini düşünür.Vüsal Nəbiyev (usta): “Proqramlar 95-ə görə yazılıb. Biz onu qarışdıranda maşında bəzi hissələr sıradan çıxır”.Yanacaq növünün aşağı keyfiyyətlisi ilə əvəz edilməsi də yol verilməzdir. Nəticədə az yanma olur, avtomobilin gücü azalır və ən əsası, mühərrikindən çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır.Bəxtiyar Əmirli (ekspert): “Əgər istehsalçı zavodun məsləhətinə uyğun yanacaq tökülməzsə, qidalandırma sistemində problemlər yarana bilər”.Avtomabillərin hansı yanacaq növü ilə işlədiyini müəyyən etməyə gəlincə isə bu istehsal ili, ölkəsi və istifadəsi nəzərdə tutlduğu coğrafi əraziyə görə dəyişir.Peşəkarların ümumi rəyindən göründüyü kimi sürücülər yanacğa qənaət etmək istəyirsə kiçik həcmli mühərriklə istehsal olunmuş avtomabil alması tövsiyyə olunur. Əks halda benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq.BAKU.WS

Son xəbərlər