Sürücülər, diqqətli olun! (VİDEO)
02
dek
2018
09:03
Son zamanlar avtomobil ehtiyyat hissələri bazarında keyfiyyətsiz radiatorlara tez-tez rast gəlinir. Bu isə sürücüləri əlavə xərcə salır. Mütəxxəsislər aldanmamaq üçün diqqətli olmağı tövsiyyə edir. Eyni zamanda mühərrikin soyudulması üçün istifadə edilən və düzgün seçilməyən anti-freezlər də bu detalın zamanından əvvəl sıradan çıxamasına səbəb ola bilər.Əksərinin üzərində istehsalçı firmaya dair hər hansı bir məlumat yoxdur. Bunu alıb avtomobilinə quraşdıran sürücü isə bir müddət sonra daha böyük ziyana düşür. Söhbət avtomobillərdə mühərik mayesinin soyudulması üçün olan raditorlardan gedir. Son zamanlar bazarda saxta radiatorların sayı artıb.Bu kimi hallar sürücüyə avtomobilin marka və modelindən asılı olaraq 500 manatdan 2-3 min manat və daha çox ziyan vura bilər.Avtomobil ehtiyyat hissələrinin satıldığı dükanlardanda keyfiyyətsiz radiatorların çoxlqunu təsdiq edir və bildirirlər ki, sürücülər həm qutusunun, həm də raiatorun özünün üzərinə firma adı və kodu qeyd edilən mallara üstünlük versinlər. Belə məhsulların qiyməri də nisbətən baha olur.Bundan başqa anti-freezlərin rənginin düzgün seçilməməsi də radiator və mühərrikin işlək hissələrinin tez sıradan çıxamasına səbəb ola bilər. Çünki bu məhsulların tərkibi mühhərikin və radiatorun materialınaəsasən zavod tərəfindən seçilir.Rəngi uyğun gəlməyən anti-freezlərin qarışdırılması da tövsiyyə olunmur.BAKU.WS
Oxşar xəbərlər
Tıxac sürücüləri əlavə xərcə salır - VİDEO
Yeni dərs ili başlayandan bəri Bakıda demək olar ki, hər gün tıxac müşahidə edilir. İndi tıxaca hətta qeyri-pik saatlarda da düşmək mümkündür. Bu isə sürücüləri...