Sürücülərin nəzərinə! Bu işıqla ehtiyatlı olun - VİDEO

Sürücülərin nəzərinə! Bu işıqla ehtiyatlı olun - VİDEO
Video
Sosial 4090

Bir çox sürücü avtomobildə yanacağın az olduğunu göstərən işıqa məhəl qoymur. Mütəxəssislər isə bu işıq yandıqdan sonra maşını idarə etməyi məsləhət görmür. Çünki bu həm sürücünü böyük xərcə sala , həm də qəzalara səbəb ola bilər.

Avtomobil yanacağın azaldığını göstərən işıq bir çox sürücü məhəl qoymasada mütxəssislər bu işıqın əslində həyacan siqnalı olduğunu bildirir. Çünki, avtomobilin bu şəkildə idarə edilməsi bir sıra detllarının sıradan çıxmasına səbəb ola bilər.

Sürücünün az yanacağla avtomobilə idarə etmək istəyi isə onu böyük xərcə sala bilər.Marka və modelindən aslı olaraq isə yanacağ nasosunun qiyməti 80 manatla 500 manat ,farsunkaların qiyməti isə 80 manatla 1000 manata arasında dəyişir. Avtomobil hərkətdə olduğu zaman yanacağın tamamı ilə bitməsi isə qəzalarada səbəb ola bilər.

Bütün bunların baş verməməsi üçün sürücülər yanacağı miqdarına diqqət etməli və az yanacağla yola çıxmamalıdırlar.

BAKU.WS

Son xəbərlər