Su İdman Sarayının qarşısında quraşdırılmış və etirazlara səbəb olmuş şlaqbaum götürülüb - VİDEO

Su İdman Sarayının qarşısında quraşdırılmış və etirazlara səbəb olmuş şlaqbaum götürülüb - VİDEO
Video 3

Bakı bulvarının yeni salınan hissəsində - Su İdman Sarayının qarşısında quraşdırılmış şlaqbaum ləğv edilib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olan problem öz həllini tapıb.

Xatırladaq ki, bulvarın bu hissəsində avtomobillər üçün giriş tamamilə bağlanacağı deyilirdi. Vəziyyəti şərh edən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirmişdi ki, sözügedən ərazi idarənin balansındadır və onun mühafizə zonasıdır.

“Dənizkənarı Milli Park" haqqında əsasnaməyə görə, rəhbərlik parkın mühafizəsi üçün xüsusi rejim tətbiq etmək səlahiyyətinə malikdir. Bu da qanunla nəzərdə tutulub.

Əraziyə daimi gələnlər üçün heç bir maneə olmayacaq, onlara müvafiq vəsiqələr veriləcək”, - deyə Ə. Mehdiyeva bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər