Sosial şəbəkələrdə böyük marağa səbəb olan uşaq danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə böyük marağa səbəb olan görüntülərdən bəhs edəcəyik. Söhbət dişini çəkdirməyə gələn 6 yaşlı uşaqla stomatoluqun dialoqundan gedir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, dişini çəkdirməyə gələn azyaşlı ilə həkimin dialoqu sosial mediada qısa vaxt ərzində böyük marağa səbəb olub.
Stomatoloq uşağı danışdırır, fikrini yayındırır, mümkün qədər xoş sözlər deməklə onun əhval- ruhiyyəsini qaldırır.
Quba rayonunun Söhüb kəndində yaşayan uşaq-Baba Bərxudayevin dişi ağırdığından valideynləri onu stamatoloq Fərman Əliyevin yanına gətiriblər. Həkim uşağın qorxduğunu, narahat olduğunu görüb və bu hissləri uzaqlaşdırmaq üçün onunla xoş söhbətə başlayıb.
Uşağın atası Elşad Bərxudayev deyir ki, həkimin özünəməxsus davranışları onlar üçün gözlənilməz olub. Stomatoloq azyaşlının dişini çıxartmağa tələsməyib. Dərmanla yerini təmizləyib evə göndərib.
Həkim Fərman Əliyev deyir ki, uşaq xəstəxanaya gələndən “dişimi çəkmə”' deyirmiş.
Həkim qeyd edib ki, belə məqamlar həssas olduğuna görə azyaşlıda psixoloji travma yarada bilər.
Oxşar xəbərlər
Uşaqla videosu yayılan stomatoloq: “Rəylərdə hamı soruşur ki, balacanın dişini çəkdiniz, yoxsa yox?” - VİDEO
Sosial şəbəkələrdə izlənmə rekordu qıran videodan yəqin ki, çoxlarının xəbəri var. Bəli, söhbət balaca oğlan uşağı ilə stomatoloqun maraqlı söhbətindən gedir. P...