İşğalçı Ermənistan Qarabağdakı hərbi əməliyyatlara uşaqları cəlb etməyə başlayıb - VİDEO

İşğalçı Ermənistan Qarabağdakı hərbi əməliyyatlara uşaqları cəlb etməyə başlayıb - VİDEO
Video
Video 4113

Ermənistan ordusu Qarabağda bütün əməliyyatlarda məğlubiyyətə uğrayır və çox sayda canlı qüvvə itirir.

Beləliklə də, işğalçı Ermənistan orduya cəlb olunmağa insan potensialı tapmır. Buna görə, işğalçılar hərbiyə artıq uşaqları cəlb etməyə başlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə “Dvachannel” “Telegram” kanalında görüntülər yayılıb.

Yayılan videodan göründüyü kimi ermənilər məktəblərdə hərbi hazırlıq dərsləri adı altında uşaqlara hərbi təlimlər keçməyə başlayıblar.

Qeyd edək ki, ermənilər 543 hərbçilərinin öldüyünü etiraf ediblər. Heç şübhəsiz ki, işğalçı erməni ordusu həmişə olduğu kimi itkilərini gizlətməklə məşğuldur.

Ənənəvi qaydada ermənilər Ermənistandan gəlib Qarabağda xidmət edən hərbçilərin adlarını açıqlayırlar.

Bir qayda olaraq Qarabağda yerləşdirilmiş hərbi birləşmələrdə qulluq edən Qarabağın separatçı sakinləri və xaricdən gələrək işğalçı ordunun tərkibində döyüşən terrorçuların ölümü haqda rəsmi olaraq heç bir məlumat verilmir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər