Şəhid general Polad Həşimovun anasından əsgər analarına çağırış - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəhid general Polad Həşimovun anası Səmayə Həşimova İctima televiziyanın “Sabaha saxlamayaq” proqramında qonaq olub.
BAKU.WS xəbər verir ki, efirdə qonaq qismində iştirak edən S.Həşimova əsgər analarına çağırış edib:
“Poladın əsgərlərinə, Poladı sevən əsgərlərə - hamısına uğur arzu edirəm. Allah onların üstündə olsun. Polad kabinet generalı yox, səngər generalı idi.
Mən kreslo yox, səngər generalı yetişdirmişdim. Səngər generalı hər evdən çıxmır. Şəhid analarına deyirəm ki, başınızı dik tutun.
Nələr çəkdiyinizi mən bilirəm. Həmçinin orduya oğullar verən analara "ürəkli olun" deyirəm. Oğullarını evdən çıxaranda onlara öz torpaqları uğrunda vuruşduqlarını deyin. Heç kəs övladını torpaqlarımız uğrunda döyüşməkdən əsirgəməsin. Şuşaya bayraq sancanda "generalımız Polad Həşimov, ruhun dinc olsun desinlər”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...