Seyid vəsiqəsindən sonra indi də “Ətağa” diplomu verilir (VİDEO)
Seyid vəsiqəsinin ardınca "Mir Mövsüm ağa fəxri mükafatı" laureatı təsis olunub.
Bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, "Rəhimli və Mərhəmətli Allahın adı ilə" başlayan diplomun üzərində şəxsin, "Mir Mövsüm ağa fəxri mükafatı" laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.
Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi görünür şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.
Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.
İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.
Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda seyid vəsiqəsinin ardınca “Ətağa” diplomu verilir – (FOTO)
Azərbaycanda "Ətağa” diplomu verilib BAKU.WS a24.az-a istinad'n xəbər verir ki, Diplom "Mir Mövsüm ağa fəxri mükafatı” adı ilə verilir. Qeyd edək ki, bir neç...