Serdar Ortaç azərbaycanlıları paylaşıb, "Düşün məni" oxudu - VİDEO

Məşhur müğənni Serdar Ortaç sosial şəbəkə videosu ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, instaqram hesabında azərbaycanlı gənclərin görüntülərini paylaşıb. Onlar bir zamanlar dillərdən düşməyən "Düşün məni" mahnısını ifa ediblər.
Serdar gənclərin səsləndirdiyi bu mahnını özü də ifa edib. Sənətçi həmin görüntüləri də lentə alaraq sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, "Düşün məni"ni ilk dəfə müğənni Elvin Mirzəzadə ifa edib. Mahnının söz və musiqisi Elməddin Səfərliyə, aranjımanı isə Rubail Azimova aiddir.
"Düşün məni" ilk dəfə 2017-ci ilin avqustun 19-da musiqisevərlərə təqdim edilib. Kompozisiya yutub sosial platformasında 15 milyondan çox dinlənilib.

Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...