Sakinlər bələdiyyəyə əmlak vergisi ödəməlidirlər? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Özəl mülkiyyətə sahib olan vətəndaşlara əmlak vergisi ödəmələri barədə bələdiyyələr tərəfindən bildiriş göndərilir. Bu bildirişlər isə hər ay mənzil tikinti kooperativlərinə (MTK) ödəniş edən vətəndaşların narazılığına səbəb olub.
Məsələ ilə bağlı “ARB Xəbər”ə açıqlama verən ekspert Vüqar Tofiqli MTK-lara ödənilən ödənişlərin qanunsuz, əmlak vergisinin isə qanunla qəbul edilmiş norma olduğunu deyib:
“Özəl mülkiyyətə sahib olan vətəndaşlar qanunvericiliyə əsasən bələdiyyələrə olan əmlak vergisini ödəməlidirlər. MTK o səlahiyyəti müəyyən mənada qanunsuz olaraq mənimsəyib və həyata keçirib.
Əslində sözügedən binalarda yaşayan sakinlər özləri “mənzil müştərək cəmiyyəti” yaratmalı və binanın idarə edilməsi həmin cəmiyyət tərəfindən həyata keçirilməlidir”.
Oxşar xəbərlər
Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
Özümüzü ən yaxşı və rahat hiss etdiyimiz məkan, sözsüz ki, evimizdir. İstər tək və sakit həyat tərzi keçirmək istəyənlər, istər yeni evli cütlüklər, istərsə də...