Röya Ayxan: Sevərək evlərinizə dönün - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
“Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir,” - bu fikirləri işğaldan azad edilmiş ərazilərimizə qayıdışla bağlı fikirlərini bölüşən populyar müğənni, Xalq artisti Röya Ayxan deyib.
Xalq artistinin arzusu işğaldan azad olunmuş ərazilərdə böyük orkestrlə konsert verməkdir. “Biz evimizə qayıdırıq,” - deyən Röya Ayxan keçmiş məcburi köçkünlərə çağırış edib:
“Sevərək evlərinizə dönün”.
İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbrsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Onların arasında hamımızın yaxından tanıdığı mədəniyyət və incəsənət xadimləri də var. Dövlət Komitəsi bununla bağlı hazırlanmış videoçarxları təqdim edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...