Reanimasiyaya yerləşdirilən bloger Asyanın SON VƏZİYYƏTİ AÇIQLANDI - FOTO/VİDEO - YENİLƏNİB

Bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bloger Fatimə Asyanın vəziyyətinin artıq normal olduğunu qeyd edib:
"Şükür, vəziyyəti indi yaxşıdır. Birzdan yanına gedəcəm aparatdan ayırıblar".
Ətraflı videoda:
*** 09:22
İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın (AsyaFuad) son vəziyyəti açıqlanıb.
BAKU.WS xəbər verir ki, blogerin vəziyyətinin pisləşib və o süni-tənəffüs aparatına qoşulub.Bu barədə bloger Ramal İsayev məlumat verib: "Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar".
Xatırladaq ki, dekabrın 16-da Bloger Asya Aslanova (AsyaFuad) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Blogerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o ağıl dişini çəkdirərkən narkozda olub və qanına infeksiya keçib.

Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
