İran Azərbaycanla sərhədə zərbə qüvvələrini yerləşdirdi - YENİLƏNİB + FOTO/VİDEO
İran Azərbaycanla sərhədə zərbə qüvvələrini yerləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Bununla bağlı İran hökumətinə yaxın “Hizbullah” hərbi-siyasi təşkilatının “Telegram” kanalı paylaşım edib.
Paylaşımda dərc edilən xəritədə göstərilir ki, İran Naxçıvanla sərhəddə zərbə qüvvələrini cəmləşdirib.
***12:23
İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, SEPAH-ın “Telegram” kanalı Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.
Paylaşılan videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı əks olunub.
Görüntüləri İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlunun yayımladığı bildirilib. Yunis Şadlu, həmçinin bu paylaşımına verdiyi şərhdə İranın sərhəd ölkələrinə bununla açıq şəkildə xəbərdarlıq etdiyini deyib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...