Qoçu sürücü yolu kəsdi, yol polisi dərhal cərimə etdi - VIDEO

Qoçu sürücü yolu kəsdi, yol polisi dərhal cərimə etdi - VIDEO
Video 3757
Sürücü Rüstəm Cəfərov yolda başına gələn xoşagəlməz hadisəni sosial şəbəkədə paylaşaraq YPX əməkdaşlarına öz təşəkkürünü bildirib.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, sürücü oktyabrın 1-i səhər saatlarında paytaxtın M.Rüstəmov küçəsində hərəkətdə olarkən onun qarşısına keçən 99-BV-293 qeydiyyat nişanlı "Kia Sorento" markalı avtomobilin sürücüsü lüzumsuz olaraq tormoz verib onun hərəkətini məhdudlaşdırıb.Sürücü Rüstəm Cəfərov qarşıdakı sürücünün bu hərəkətindən qəzəblənərək yolda xidmət aparan 99-YP-372 qeydiyyat nişanlı patrul avtomobilinə yaxınlaşıb. YPX əməkdaşı sürücünün haqlı iradına dərhal reaksiya verərək qeyd etdiyimiz avtomobilin sürücüsünü törətdiyi xətaya uyğun olaraq məsuliyyətə cəlb edib.BAKU.WS

Son xəbərlər