Bakıda yol polisi sükan arxasında qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib - VİDEO
19
sen
2017
09:07
Bakıda yol polisi sükan arxasında ikən qızının ölüm xəbərini alan qadın sürücüyə yardım göstərib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "10-VE-337" dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə öldüyünə dair xəbər alması səbəb olub. Xanım sürücü xəbərin təsirindən özünü itirib. Bu zaman ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin (YPX) 5-ci tağımına məxsus "99-YP-495" dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar xanım sürücüyə yardım göstəriblər.Kiçik çavuş İlkin Məlikov xanımın avtomobilinə əyləşib və baş çavuş Ələsgər Cavadinin idarə etdiyi YPX-yə məxsus avtomobilin müşayiəti ilə qadın sürücünü sözügedən Bakı İdarəetmə və Texnologiya Kollecinə çatdırıb. Onlar əraziyə gəldikdə qızın ölmədiyi məlum olub. Kollecə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Öldüyü bildirilən gənc qız özünə gəlib. Qadın sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib.Qeyd edək ki, qız uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadını "Niva"dan düşürüb polis maşınına belə mindirdilər – VİDEO
Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb. Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb. Hadisə şahidlərinin...