Qəzaya düşən Mehriban Zəkinin SON VƏZİYYƏTİ AÇIQLANDI - VİDEO

Avtomobil qəzası keçirən Xalq artisti Mehriban Zəkinin səhhətindən xəbər var.
BAKU.WS xəbər verir ki, sənətçinin vəziyyəti günbəgün daha da yaxşılaşır. Bu barədə Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Mutuzəliyev deyib.
O, "MTV xəbər"ə açıqlamasında Xalq artistinin səhhəti ilə mütəmadi maraqlandıqlarını bildirib:
"Mehriban xanımla hər gün danışırıq, yanına gedirik. Şükür, vəziyyəti yavaş-yavaş yaxşılaşır. Hələki xəstəxanada müalicə alır. Tam sağalana kimi orada qalacaq. Dilarə ilə də danışırlar. Bir-birlərinə dəstək olurlar. Mehriban xanım güclü qadındır. İnanıram ki, o da özünə mənəvi cəhətdən toxtaqlıq verəcək. Təbii ki, əsas sağlamlığıdır. O da düzələcək".
Xatırladaq ki, martın 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Oxşar xəbərlər
Fəxri adlara görə aylıq təqaüdün məbləği artırıldı - SƏRƏNCAM
Fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm...
