Qəzada vəfat edən Nahidin 5 gün sonra toyu olacaqdı - TƏFƏRRÜATLAR - VİDEO

Ötən gün gecə saat 3 radələrində Bakı-Qazax avtomobil yolunun Navahi kəndi ərazisindən keçən hissəsində Nizami Binnətov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə təkərində yaranmış nasazlıq səbəbindən yol kənarında dayanmış Orxan Həsənova məxsus “Hyundai” markalı avtomobili və həmin avtomobildən düşən sərnişin – Ağcabədi rayon sakini Nahid Səfərovu vurub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Nahid Səfərovun 26 yaşı olub.
Sosial şəbəkələrdə tanışlarının yaydığı məlumata görə, onun atası da cavan yaşda avtoqəzada vəfat edib. Nahidin evin tək oğlu olduğu bildirilib.
Nahid Səfərovun 5 gün sonra toyu olacağı və səbəbdən də son məzara çalğı ilə göndərildiyi məlub olub.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
