Qəbələ sakini təyyarə hazırladı - VİDEO

Qəbələ sakini təyyarə hazırladı - VİDEO
Video
Video 2484
Həqiqi təyyarə kimi sürət yığır, sonradan havaya qalxır. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, əsl təyyarələrə bənzəyən kiçik prototiplər hazırlayır. Ayaz Məmmədov hər bir detala xüsusi həssaslıqla yanaşır. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter" və "Nobler" kimi modellərlə sərgilərə də qatılıb. Həmin təyyarə modelləri yanacaqla işləyir. Model əvvəlcə layihə formasında kağız üzərində çəkilir. Sonradan həmin layihəyə uyğun hər bir detal dəqiqliklə hazırlanıb yığılır. Usta deyir ki, modeli hazırlamaq üçün istifadə etdiyi materialları tapmaq ona elə də asan başa gəlmir. Çünki əsas material sayılan balzanın ölkədə satışı yoxdur. Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini gücləndirmələrinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət edir. Ayaz Məmmədov deyir ki, onlara şərait yaradılarsa, modelləri daha da təkmilləşdirmək olar. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib (VİDEO)

Moskvadan Bakıya uçan təyyarə Volqoqradda məcburi eniş edib (VİDEO)

Aeroflot aviaşirkəti ilə uçuş həyata keçirən Moskva-Bakı reysi Volqoqrad hava limanına məcburi eniş edib. BAKU.WS-in məlumatına görə, buna səbəb göyərtəsində ol...

5169 Hadisə 18:09 30 dekabr 2017

Son xəbərlər