Qaydalar dəyişir: piyadanı vuran sürücü məsuliyyətə cəlb edilməyəcək (VİDEO)

Qaydalar dəyişir: piyadanı vuran sürücü məsuliyyətə cəlb edilməyəcək (VİDEO)
Video
Video 4575

Magistral yollarda piyadaların vurulması tez-tez baş verir. Hazırda belə hadisələrdə piyada yüngül və ya ağır xəsarət alırsa, sürücü məsuliyyətə cəlb edilir. Ancaq mayın 1-dən cəza tədbirləri dəyişir. BAKU.WS xəbər verir ki, magistral yollarda piyadaların vurulmasına görə sürücülərin məsuliyyətə cəlb edilməsi qaydası dəyişir. Mayın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsinə görə bir sıra hallarda sürücülər məsuliyyət daşımayacaq. Hazırkı qaydalara görə sürəti 110 km/saat olan yolda piyadanın vurulması nəticəsində o yüngül xəsarət alsa, onda sürücü 200 manat miqdarda cərimə edilir və sürücünün avtomobil idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır. Yeni qaydaya görə piyada yalnız yüngül xəsarət alarsa, sürücünün məsuliyyəti olmur. Yüngül xəsarət dərəcəsi isə Nazirlər Kabinetinin qaydalarında aydın şəkildə təsbit edilib. BAKU.WS

Oxşar xəbərlər

Bundan sonra yol polisi sürücünü 3 saat gözləməyəcək – QANUN DƏYİŞİB

Bundan sonra yol polisi sürücünü 3 saat gözləməyəcək – QANUN DƏYİŞİB

Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı maraqlı yeniliklərdən biri də nəqliyyat...

4087 Sosial 17:09 13 yanvar 2016

Son xəbərlər