Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb.
BAKU.WS xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:
"Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıya baxsaq problemlər yetəri qədər çoxdur. Sonuncu dəfə Gürcüstanda oldum. Endokrinoloji problemlərimi həll etməyə çalışdım. Çünki qaraciyərim qardaşıma köçürüldkdən sonra çox çəki almışam".
Xatırladaq ki, iki il əvvəl ifaçının qaraciyərinin bir hissəsi Hepatit B daşıyıcısı olan qardaşı Kamran Kərimbəyova köçürülüb.
Oxşar xəbərlər
Bu yaş aralığı insanlar Hepatit A virusuna daha çox yoluxur - SN açıqladı
Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir. O, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsa...