Qarabağ şüşəsindəki pəncə: Separatçı rejim Paşinyana etiraz edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı son bəyanatları Qarabağdakı separatçı rejimin rəhbərliyində çaşqınlıq yaradıb.
Bu barədə “Caliber”in “YouTube” kanalındakı yeni süjetində bildirilir.
Qeyd olunur ki, separatçıların sabiq başçıları Bako Saakyan və Arkadi Qukasyan birgə bəyanat yayaraq bildiriblər ki, rejim Ermənistan rəhbərliyinin nizamlanma prosesinə mövcud yanaşmasını qəbul etmir və əvvəllər də olduğu kimi, bütün mümkün vasitələrlə mübarizəni davam etdirəcək. Qondarma respublikanın parlamenti də eyni acıqlı ruhda sənəd qəbul edərək İrəvanın mövqeyinə etiraz edib.
“Maraqlıdır ki, bu müraciətlərdə Rusiya sülhməramlı kontingentinin adı çəkilmir. Aydındır ki, Moskvadan lüzumsuz yerə sülhməramlıların adının hallandırılmaması ilə bağlı sərt göstəriş gəlib ki, bu da dolayısı ilə həm Kremlin yeni reallığı qəbul etdiyini, həm də danışıqlar prosesində irəliləyişin olduğunu göstərir”, - süjetdə deyilir.
Daha ətraflı “Caliber”in ”, videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...