Qarabağ atlarının tarixi şöhrəti qaytarılır - Qiyməti 50 min AZN (VİDEO)

Qarabağ atlarının tarixi şöhrəti qaytarılır - Qiyməti 50 min AZN (VİDEO)
Video
Video 1369
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurub. 1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalı zamanı Qarabağ Atçılıq Təsərrüfatı da ermənilərin işğalına məruz qalıb. Ancaq rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atlarının ermənilər tərəfindən özününküləşdirilməsinə yol verməmək məqsədilə atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb.Çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.Prezident İlham Əliyevin sərəncamına əsasən Ağcabədi rayonunun inzibati ərazisində Ağdam rayonuna təhkim edilmiş 200 başlıq Qarabağ Atçılıq Kompleksi tikilib.Qarabağ cinsli atların satış qiymətləri isə göstəricilərinə əsasən 2500 -50 min manat arasında dəyişir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qarabağ atları “Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda - VİDEO

Qarabağ atları “Olimpiya London Beynəlxalq Atçılıq Şousu”nda - VİDEO

Böyük Britaniyanın paytaxtı Londonda 111 illik tarixə malik “Olimpiya London Beynəlxalq Atçılıq Şousu” təşkil edilib.BAKU.WS-in “Report”a istinadən məlumatına g...

857 Siyasət 17:05 22 dekabr 2018

Son xəbərlər