Prezidentlə nardaranlılar arasında maraqlı zarafat - VIDEO
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən Nardarana gedib. "Qafqazinfo"nun məlumatına görə, ölkə başçısı Nardaran sakinləri ilə görüş zamanı işıqpulu ilə bağlı maraqlı zarafat da edib.
Həmin dialoqu təqdim edirik:
Prezident İlham Əliyev: Qaz, işıq, hər şey qaydasındadır?
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev: Hər şey qaydasındadır. Sərfiyyat 70 faiz aşağı düşüb. Tam ödəniş var. Çünki insanlara güzəşt olunur.
İlham Əliyev: Əvvəllər bir az ödəmirdilər. Bir az deyəndə yumşaq deyirəm.
Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.
Adil Vəliyev: Möhtərəm Prezident hamısını sildi.
İlham Əliyev: Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin.
Ağasəid Orucov: Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.
Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.
Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir problem olmayacaq. Cənab Prezident, çıxışımda da qeyd etdim, həqiqətən bir problemimiz olmayıb. Daim işığımız, qazımız olub, çox sağ olun.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən şad xəbər: 42 milyon borc silindi
Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib. APA-nın məlumatına görə, bu barədə Sabunçu rayonun...