Prezident və xanımının kənd sakinləri ilə səmimi görüntüləri (VİDEO)

27
avq
2018
11:09
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olub. BAKU.WS-in məlumatına görə, prezident kənd sakinləri ilə görüşüb və onlarla söhbət edib. Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buradakı sənətkarlıq emalatxanalarında oldular, sakinlərlə görüşüb söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər. Qəsəbə sakinləri dövlətimizin başçısını və birinci xanımı böyük sevinc və coşğu ilə qarşıladılar. Qeyd edək ki, rayon mərkəzindən 36 kilometr məsafədə yerləşən Lahıcda əhalinin əsas məşğuliyyəti sənətkarlıqdır. Qəsəbə icmasının təklifi ilə Azərbaycan kənd investisiya layihəsi çərçivəsində qəsəbədə ümumi sahəsi 428 kvadratmetr olan icma evi tikilib. Burada sənətkarlara yaradıcılıqla məşğul olmaqla yanaşı, öz əsərlərini satmaq üçün də şərait yaradılıb. Kənd investisiya layihəsinin üstünlükləri kənd icmalarının infrastruktur problemlərini həll etməklə məhdudlaşmır. Layihə icma üzvlərinin müasir biznes fəaliyyəti üçün vacib olan birgə fəaliyyət, layihələrin və biznes planların hazırlanması bacarıqlarına yiyələnmələrinə şərait yaradır. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə müşahidə olunan inkişaf bölgələrimizin, hər bir kəndin, qəsəbənin simasında hiss olunur. Bu gün İsmayıllıda həyata keçirilən layihələr öz tarixi ilə öyünən Lahıc qəsəbəsini də əhatə edib. Çünki Girdiman çayı sahilində, Dağlar qoynunda yerləşən Lahıc Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzlərindən biridir. Burada misdən döymə üsulla hazırlanan silahlar və qablar Lahıcı çoxdan məşhurlaşdırıb. Qəsəbədəki emalatxana və mağazaların demək olar ki, hamısı mərkəzi küçə boyunca yerləşib və bu ərazi turistlərin ən çox gəldiyi yerlərdəndir. Lahıc sənət növlərinin çoxluğuna və sənətkarlarının sayına görə təkcə Şirvan elində, yaxud da Azərbaycanda deyil, eləcə də Yaxın Şərqdə tanınıb. Zamanında Lahıcda 123 sənət növü olub. Hazırda bu sənət növlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır. Bir vaxtlar varlı tacirlərin Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən Lahıca yola salınan mis bu gündə qəsəbə sakinlərinin emalatxanalarının əsas xammalı olaraq qalır. Mütəmadi olaraq turist izdihamının yaşandığı qəsəbə yollarında nadir sənət nümunələrinin nümayişi və satışı həyata keçirilir. BAKU.WS














Oxşar xəbərlər
Prezident İlham Əliyev Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində işti...
