Paytaxtın ünvansız ünvanları - VİDEO

Paytaxtın ünvansız ünvanları - VİDEO
Video
Video 284

Çox təəssüf ki, hər şeyin elektronlaşdığı, sadələşdiyi bir dövrdə yaşasaq da, xüsusən Bakı ətrafı qəsəbələrdəki sakinlər haqqında bunu demək mümkün deyil. Yaşadıqları yerin konkret ünvanının olmaması səbəbindən sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.

Yəqin ki, hər birimiz bu mənzərə ilə azı bir dəfə qarşılaşmışıq. Deyilən yeri gedib tapmaq üçün aranı-dağa daşıyırsan, dağı da arana.

İndi siz həmin ünvanda yaşayanları bir fikirləşin. Sakinlərin şərti olaraq adlandırdığı “Çöllük”, “Birinci küçə”, “Əsas döngə”, “Daşlı məhəllə” kimi adlar isə sanki toponimi xatırladır.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Əmlak Məsələləri dövlət xidmətindən BAKU.TV-yə bildirdilər ki, hər hansı küçəyə adın verilməsi onların səlahiyyətinə aid məsələ deyil.

Qurum yalnız küçələrin adlarını qeyd olunan bildirişlərin vurulmasını təmin edir. Araşdırma zamanı məlum oldu ki, ünvansız küçələrə ad verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir.

İsrafil Kərimov bildirdi ki, hazırda Nazirlər Kabinetinin xüsusi komissiyası sənədsiz evlərin sənədləşdirilməsi ilə məşğuldur. Bu prosesin ardınca isə müraciətlərə uyğun olaraq ünvansız küçələrə adlar veriləcək.

Belə. Ümidvarıq ki, illərdir ki, öz həllini gözləyən ünvansız küçələr məsələsi də tezliklə öz həllini tapacaq. Axı hər şeyi öz adı ilə çağıranda daha mənalı və hörmətli səslənir. Nəinki dalan, köndələn deyiləndə...

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər