Paytaxtda dəhşətli söküntü mənzərəsi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda daha bir bina sökülməyə başlayıb.
Bu barədə rayon sakinlərin BAKU.WS-in “qaynar xətt”inə bildiriblər. Qeyd olunur ki, Nərimanov rayonu ərazisində, Ağa Nemətulla küçəsində bina sökülür. Söküntü zamanı təhlükəsizlik tədbirləri nəzərə alınmayıb.
Ətrafı toz-duman bürüyüb. Kənardan keçən insanların həyatı üçün real təhlükə yaranıb.
Məsələ ilə əlaqədar Nərimanov rayon İcra hakimiyyətilə əlaqə saxladıq. Qurumun tikinti şöbəsinin rəhbəri Rüfət Əhmədzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin söküntü ötən həftə baş verib.
“Həmin işlər “Rahatlıq məkanı” tikinti şirkəti tərəfindən aparılıb. Pilot layihə çərçivəsində həyata keçirilir. Söküntü işlərini saxlamışıq. Sakinlər şikayət edirlər. Belə səbəblərə görə işlər ləngiyir. Şirkətlər çalışırlar işləri tez görsünlər. Tez pul qazanmaq istəyirlər. Hətta söküntü aparanda su xətti zədələnmişdi”, - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, hazırda məsələ araşdırılır.
Qalereya
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...