Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi sürücülər avtomobillərini parklanma ərazilərində saxladıqda xoşagəlməz hallarla qarşılaşırlar. Maşına ciddi ziyan dəymədiyi halda bu zərəri özləri qarşılamalı olurlar. Bəs parklanma vəziyyətində olan avtomobil yol qəzası qurbanı olarsa bu zaman dəymiş ziyanı kim ödəyir? Burada parklanma məntəqəsindəki subyektlərin məsuliyyəti nədən ibarətdir?
BAKU.WS xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov açıq məkanlardakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmadığını deyib. O bu barədə "Günə doğru" verilişinə açıqlamasında bildirib:
"Yolların, prospektlərin kənarlarındakı parklanmalarda avtomobilin təhlükəsizliyi ilə bağlı heç bir məsuliyyət nəzərdə tutulmur. Parklanmaya görə ödəniş edilibsə də, bu həmin ərazidən istifadəyə görə verilir. Avtomobilin mühafizəsinə yaxud da nəzarətinə görə verilmir. Bu dünyanın hər yerində belədir. Belə parklanma yerlərini təşkil edənlər maşının təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımırlar".
Ekspert qeyd edib ki, qapalı avtodayanacaqlardakı parkinqlərdə isə əksinədir. Həmin ərazilərdə parklanma sahibləri avtomobilə dəyən ziyana görə məsuliyyət daşıyırlar.
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...