Ötən il Azərbaycanda 800 kilometrdən çox yol təmir edilib - CANLI
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 803,5 kilometr uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda bu gün keçirdiyi brifinqdə bildirib.
“Yenidən qurulmuş və təmir edilmiş yolların 234,3 kilometri respublika əhəmiyyətli, 398 kilometri yerli əhəmiyyətli, 171,2 kilometri isə Bakının yollarıdır",- S. Məmmədov deyib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...